Image

Ermənistan Baş Prokurorluğu Robert Köçəryana qarşı cinayət təqibi üçün MSK-ya müraciət edib

Ermənistanın Baş Prokurorluğu ölkənin keçmiş prezidenti və "Ermənistan" blokunun lideri Robert Köçəryana qarşı cinayət təqibinin başlanmasına icazə verilməsi üçün Mərkəzi Seçki Komitəsinə müraciət edib.

Ermənistan KİV-i xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, deputatlığa namizədlər Asatur Köçəryan və Ruslan Barseqyana qarşı da cinayət işinin başlanması məsələsinə baxılır.

Bundan əvvəl Ermənistan mediası Robert Köçəryanın ölkədən çıxışına qadağa qoyulduğunu, bu məqsədlə onun İrəvandakı "Zvartnots" hava limanında saxlanıldığını bildirmişdi.

Mənbə: anews.az

Xəbər lenti