Image

NATO hava hücumundan müdafiə sistemini İtaliyadan Türkiyəyə köçürəcək

SAMP/T Avropa hava və raketdən müdafiə sistemi İtaliyadan Türkiyəyə köçürüləcək.Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, qərar NATO-nun daimi müdafiə planı çərçivəsində qəbul olunub.

Məlumata əsasən, SAMP/T sistemi Alyansın hava hücumundan müdafiə imkanlarının gücləndirilməsi məqsədilə Türkiyə Hərbi Hava Qüvvələrinin Konyadakı 3-cü aviabazasında yerləşdiriləcək.

Mənbə: anews.az

Xəbər lenti