Image

İsrail HƏMAS-ın snayper bölməsinin komandirinin öldürüldüyünü açıqlayıb

İsrail ordusu Qəzza zolağının mərkəzi hissəsində HƏMAS-ın snayper bölməsinin komandiri və bir silahlısının öldürüldüyünü bildirib.Bu barədə İsrail Müdafiə Qüvvələrinin (İMQ) mətbuat xidməti məlumat yayıb.

İMQ-nin açıqlamasında bildirilib  ki, öldürülən şəxslər 2023-cü il oktyabrın 7-də İsrailə edilən hücumda iştirak ediblər. İsrail tərəfi onların Qəzza zolağında fəaliyyət göstərən hərbçilər üçün birbaşa təhlükə yaratdığını bildirib.

Açıqlamada ölənlərin adları göstərilməyib.

Mənbə: anews.az

Xəbər lenti