Image

Azərbaycanİslam İnkişaf Bankı ilə 640 milyon dollarlıq 11 layihə icra edir

Azərbaycanda İslam İnkişaf Bankı (IsDB) Qrupu ilə ümumi dəyəri təxminən 640 milyon ABŞ dolları olan 11 layihə icra olunur. Bunu iqtisadiyyat naziri Mikayıl Cəbarov bildirib.

Nazirin sözlərinə görə, Azərbaycan 1992-ci ildə banka üzv olduqdan sonra IsDB ölkəyə infrastruktur, kənd təsərrüfatı, energetika, su ehtiyatları, nəqliyyat və maliyyə xidmətləri sahələrində layihələr üçün təxminən 1,8 milyard ABŞ dolları həcmində maliyyə dəstəyi göstərib.

M.Cəbarov qeyd edib ki, Bakıda keçirilən IsDB İllik Toplantıları çərçivəsində imzalanan sazişlər əsasən özəl sektorun inkişafı, infrastruktur, energetika, bankçılıq və su təsərrüfatı sahələrini əhatə edir.

N.Təbrizli

Mənbə: anews.az

Xəbər lenti