Azərbaycan islam maliyyəsi alətlərinin tətbiqi imkanlarını qiymətləndirir
Azərbaycan Mərkəzi Bank və İslam İnkişaf Bankı (İİB) Qrupunun strukturları ilə birlikdə islam maliyyəsi alətlərinin tətbiqi imkanlarını qiymətləndirir. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən İİB-nin İllik Toplantısı çərçivəsində bildirib.
Nazirin sözlərinə görə, Mərkəzi Bank və İİB Qrupunun müvafiq qurumlarının iştirakı ilə mütəmadi məsləhətləşmələr aparılır.
“Bu proses hazırda birgə nəzərdən keçirmə və qiymətləndirmə mərhələsindədir”, – o, sukuk da daxil olmaqla islam maliyyəsi alətlərinin tətbiqi imkanları ilə bağlı sualı cavablandırarkən bildirib.
Cabbarov qeyd edib ki, əsas məqsəd Azərbaycanda iqtisadi subyektlərin maliyyə resurslarına çıxış imkanlarını genişləndirməkdir.
Nazirin sözlərinə görə, AAA kredit reytinqinə malik İİB Qrupunun institutları ticarət, investisiya və biznes fəaliyyətinin dəstəklənməsi üçün əlavə imkanlar yaradır.
N.Təbrizli
Mənbə: anews.az