İstanbulda hava limanına gedən metro qatarı relsdən çıxıb
Türkiyənin İstanbul şəhərində Kadıköy-Sabiha Gökçen Hava Limanı metro xəttində hərəkət edən qatar relsdən çıxıb.Bu barədə "TRT Haber" məlumat yayıb.
Qəzanın səbəbi hələlik müəyyən edilməyib. Sərnişinlər qatarı öz imkanları ilə tərk edərək tunel vasitəsilə təxliyə olunublar.
Hadisə yerinə yanğınsöndürmə, təcili tibbi yardım və metro xidmətlərinin əməkdaşları cəlb edilib. Hadisə nəticəsində xəsarət alanların olub-olmaması barədə rəsmi məlumat açıqlanmayıb.
Mənbə: anews.az