Ceyhun Bayramovla Bəxtiyor Səidov Bakı və Daşkəndin strateji tərəfdaşlığını müzakirə ediblər
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Özbəkistanın xarici işlər naziri Bəxtiyor Səidov arasında telefon danışığı olub və tərəflər iki ölkə arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin inkişaf perspektivlərini müzakirə ediblər.Bu barədə Özbəkistan XİN rəhbəri sosial şəbəkədə bildirib.
Nazirlər qarşıdan gələn müxtəlif səviyyəli tədbirlərin qrafiki ilə bağlı fikir mübadiləsi aparıb, həmçinin ticarət, investisiya, nəqliyyat-logistika, energetika və digər sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsi məsələlərini nəzərdən keçiriblər.
Mənbə: anews.az