Image

Şahbaz Şərif və Asim Munirin ABŞ-İran danışıqlarında iştirakı gözlənilir

Pakistanın Baş naziri Şahbaz Şərif və ölkənin müdafiə qüvvələrinin rəhbəri, feldmarşal Asim Munirin ABŞ-İran danışıqlarında iştirak etmək üçün İsveçrəyə səfər edəcəyi gözlənilir.Bu barədə "Samaa TV" məlumat yayıb.

Telekanalın məlumatına görə, Baş nazirin səfəri ABŞ-nin vitse-prezidenti Cey Di Vensin İsveçrəyə mümkün səfərindən asılıdır.

Bundan əvvəl Pakistan Baş nazirinin İsveçrəyə planlaşdırılan səfərinin ləğv edildiyi bildirilmişdi.

ABŞ və İran nümayəndələri arasında texniki səviyyəli danışıqların yeni raundunun iyunun 21-də İsveçrənin Bürgenştok şəhərində keçirilməsi planlaşdırılır. Görüşdə İslamabad Anlaşma Memorandumunun imzalanmasından sonra əldə olunan irəliləyişin və razılaşmanın icrası istiqamətində görülən tədbirlərin müzakirə ediləcəyi gözlənilir.

Mənbə: anews.az

Xəbər lenti

Faktiki hava açıqlanıb

Sabahın hava proqnozu

Azərbaycan nefti bahalaşıb