Braziliyada sakinlər haker hücumu səbəbindən "yadplanetli hücumu" barədə mesajlar alıblar
Braziliya Müdafiə Nazirliyi milyonlarla sakinin mobil telefonuna yadplanetlilərin hücumu barədə xəbərdarlıq göndərib, lakin sonradan hadisənin haker hücumunun nəticəsi olduğunu açıqlayıb.Bu barədə "Veja" jurnalı məlumat yayıb.
Məlumata görə, ölkənin bir neçə bölgəsində sakinlərin mobil telefonlarına "mizantropiya" sözü yer alan mesajlar göndərilib. Belo Horizonte şəhərində isə istifadəçilər "UNO hücumu" və "Ehtiyatlı olun: yadplanetli hücumu, insanlar gəlir" məzmunlu bildirişlər alıblar.
Braziliyanın İnteqrasiya və Regional İnkişaf Nazirliyi sonradan bildirib ki, mesajlar Mülki Müdafiənin xəbərdarlıq sisteminə edilən haker müdaxiləsi nəticəsində yayılıb. Nazirliyin məlumatına görə, məsələ ilə bağlı Federal Polisə müraciət ediləcək və təhlükəsizlik problemləri aradan qaldırıldıqdan sonra sistemin fəaliyyəti bərpa olunacaq.
Mənbə: anews.az