Image

Starmer istefa verəcək - Tramp

ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyanın Baş naziri Kir Starmerin yaxın vaxtlarda istefa verəcəyinə inandığını bildirib.

Tramp bu barədə özünün “Truth Social” platformasındakı paylaşımında yazıb.

Tramp Starmeri immiqrasiya və enerji siyasətində, xüsusilə Şimal dənizi neft-qaz ehtiyatları ilə bağlı qərarlarda uğursuzluqda ittiham edib və onun istefa verəcəyini iddia edib.

Böyük Britaniya mediası isə ölkədə siyasi gərginliyin artdığını yazır. Məlumata görə, xarici işlər naziri İvett Kuper və daxili işlər naziri Şabana Mahmud daxil olmaqla bir sıra yüksək vəzifəli hökumət üzvləri Starmeri istefaya çağırıb.

“Sky News” və digər nəşrlərin məlumatına görə, baş nazirin yaxın günlərdə, o cümlədən 22–23 iyun tarixlərində istefa verməsi və ya vəzifədən getməsi ilə bağlı təzyiqlər artıb.

Məlumatlarda qeyd olunur ki, Leyborist Partiyasının daxilində də narazılıq güclənib. Mançester meri Endi Börnemin yüksəlişi partiya daxilində liderlik uğrunda rəqabəti kəskinləşdirib və Starmerə qarşı təzyiqləri artırıb.

Mənbə: anews.az

Xəbər lenti

Sabahın hava proqnozu

Faktiki hava açıqlanıb