Image

İran rəsmiləri ABŞ nümayəndə heyəti ilə birgə foto çəkdirməkdən imtina edib

İsveçrədə ABŞ-la danışıqlar aparan İran nümayəndə heyəti amerikalı rəsmilərlə birgə foto çəkdirmək və əlsıxma mərasimində iştirakdan imtina edib.Bu barədə "Tasnim" agentliyi danışıqlara yaxın mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ nümayəndə heyəti və görüşün təşkilatçıları iclasdan əvvəl əlsıxma mərasimi və birgə fotosessiya təşkil etməyi planlaşdırıblar. Lakin İran tərəfi bu təşəbbüsü qəbul etməyib.

Mənbənin bildirdiyinə görə, İran nümayəndə heyətinin imtinasından sonra canlı yayım və fotosessiya İran tərəfi olmadan keçirilib. Bundan sonra İran nümayəndələri danışıqların keçirildiyi zala daxil olublar.

Mənbə: anews.az

Xəbər lenti

Sabahın hava proqnozu

Faktiki hava açıqlanıb