Image

ABŞ İran neftinin hasilatı və satışı üçün 60 günlük lisenziya verib

ABŞ Maliyyə Nazirliyi İran neftinin hasilatı, satışı, tədarükü və yüklənməsi ilə bağlı əməliyyatlara avqustun 21-dək 60 günlük icazə verən müvəqqəti lisenziya verib.Bu barədə ABŞ-ın maliyyə naziri Skott Bessent bildirib.

Qərar İsveçrədə Vaşinqton və Tehran arasında davam edən danışıqlarda əldə edilmiş razılaşmalar çərçivəsində qəbul olunub.

Bessent "X" sosial şəbəkəsində yazıb ki, İran Hörmüz boğazından sərbəst və maneəsiz tranzitin təmin edilməsini, həmçinin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) müfəttişlərinin ölkəyə girişinə icazə verilməsini öhdəsinə götürüb.

Mənbə: anews.az

Xəbər lenti