Image

Rubio Yaxın Şərq ölkələrinə səfər edəcək

ABŞ Dövlət katibi Marko Rubio iyunun 23-25-də Birləşmiş Ərəb Əmirlikləri, Küveyt və Bəhreynə səfər edəcək.Bu barədə ABŞ Dövlət Departamentindən bildirilib.

Səfər çərçivəsində Vaşinqtonun İranla əldə etdiyi ilkin anlaşmanın və regional təhlükəsizlik məsələlərinin Körfəz müttəfiqləri ilə müzakirəsi planlaşdırılır.

Rubio Hörmüz boğazı vasitəsilə yüklərin tam, sərbəst və təhlükəsiz tranzitinin təmin olunması, həmçinin regionda sülh və sabitlik məsələlərini müzakirə edəcək. Gündəlikdə ABŞ və İran arasında imzalanmış anlaşma memorandumunun icrası da yer alır.

Bəhreyndə dövlət katibi, həmçinin Fars Körfəzi Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurası nümayəndələri ilə görüşəcək. Tərəflərin qarşılıqlı maraq doğuran prioritet məsələləri müzakirə etməsi gözlənilir.

Rubionun bir neçə Yaxın Şərq ölkəsinə səfər edəcəyi barədə ilk məlumat iyunun 20-də Axios tərəfindən yayılmışdı.

Mənbə: anews.az

Xəbər lenti