Image

Vens ABŞ və İran arasında texniki danışıqların davam etdiyini bildirib

İsveçrənin Bürgenştok şəhərində İran və ABŞ arasında texniki danışıqlar davam edir.Bu barədə ABŞ-nin vitse-prezidenti Cey Di Vens İsveçrədən yola düşməzdən əvvəl jurnalistlərə bildirib.

Vensin sözlərinə görə, hər iki ölkənin nümayəndə heyətlərinin bir hissəsi danışıqları davam etdirmək üçün İsveçrədə qalıb.

"Ümumilikdə bu, çox məhsuldar keçən 36 saat oldu", – o deyib.

İran və ABŞ fevralın 28-də başlayan hərbi münaqişəyə son qoyulmasını nəzərdə tutan anlaşma memorandumunu iyunun 18-nə keçən gecə rəqəmsal şəkildə imzalayıblar.

İyunun 21-də Bürgenştokda Qətər və Pakistanın vasitəçiliyi ilə ABŞ və İran arasında sülh danışıqlarının ilk raundu keçirilib. ABŞ nümayəndə heyətinə vitse-prezident Cey Di Vens, Prezident Donald Trampın xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşner, İran nümayəndə heyətinə isə parlamentin sədri Məhəmmədbaqer Qalibaf və xarici işlər naziri Abbas Əraqçi başçılıq edib.

Tərəflər texniki məsləhətləşmələri həftənin sonunadək davam etdirmək və danışıqlar prosesinə nəzarət etmək üçün yüksək səviyyəli komitə yaratmaq barədə razılığa gəliblər.

Mənbə: anews.az

Xəbər lenti