Image

Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Bakıya səfər edəcək

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstandakı böhran məsələləri üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono Azərbaycana səfər edəcək.

Bu barədə diplomatik mənbə reporta məlumat verib.

Mənbənin bildirdiyinə görə, Maqdalena Qrononun iyunun 24-də Bakıya gəlməsi planlaşdırılır.

Qrononun ofisindən verilən məlumata əsasən, o, iyunun 25-26-da Bakıda Azərbaycanın rəsmi şəxsləri ilə görüşlər keçirəcək.

Səfərin gündəliyi və müzakirə olunacaq məsələlər barədə əlavə məlumat açıqlanmayıb.

Maqdalena Qrono sonuncu dəfə 2026-cı ilin yanvar ayında Azərbaycanda səfərdə olub. Bu səfər onun cari ildə Bakıya ikinci səfəri olacaq.

Mənbə: anews.az

Xəbər lenti

Litva hökuməti istefa verib