Sahibə Qafarova Mozambik Respublika Assambleyasının sədri ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında iştirak etmək üçün Azərbaycanda səfərdə olan Mozambik Respublika Assambleyasının sədri Marqarida Talapa ilə görüşüb. Bu barədə Milli Məclisin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, görüşdə İttifaqın müsəlman ölkələri və onların qanunverici orqanları arasında əməkdaşlığın gücləndirilməsində oynadığı rol müzakirə olunub.
Qafarova ölkələr və parlamentlər arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstəyin əhəmiyyətini vurğulayaraq, Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin fəaliyyəti barədə məlumat verib.
Talapa isə Parlament İttifaqı Konfransının əhəmiyyətini qeyd edib və Azərbaycanın tədbirin təşkilinə hazırlıq işlərini yüksək qiymətləndirib.
Mənbə: anews.az