Paşa Bankın İPO-suna 66,3 milyon manatlıq sifariş daxil olub - sədr
Paşa bankın ilkin kütləvi səhm təklifinə (İPO) investor tələbinin təklif həcmini üstələməsi Azərbaycanın kapital bazarlarına artan etimadın göstəricisidir. Bunu Paşa Bankın İdarə Heyətinin sədri Cavid Quliyev çərşənbə günü bildirib. O bildirib ki, 51,3 milyon manat həcmində təklif edilən səhmlərə qarşı 66,3 milyon manat məbləğində sifariş daxil olub. Onun sözlərinə görə, təxminən 18 min investor tərəfindən 20 mindən çox sifariş təqdim edilib ki, bu da Azərbaycan kapital bazarları tarixində investor tələbinin təklifdən yüksək olduğu ilk İPO-lardan biri kimi qiymətləndirilir. “Bu nəticə həm Paşa Banka, həm də ölkəmizin kapital bazarlarına olan etimadın ən gözəl göstəricisidir”, – Quliyev bildirib. O qeyd edib ki, bank bu prosesi yalnız uğurlu bir yerləşdirmə kimi deyil, həm də ölkənin kapital bazarlarının inkişafında yeni mərhələ kimi qiymətləndirir. Gülnar Nazimqızı
Mənbə: anews.az