Image

Sığorta ödənişləri 30%, yığımlar isə 1,9% artıb

 

2026-cı ilin yanvar-mayında Azərbaycanda sığorta şirkətləri tərəfindən həyata keçirilən ödənişlərin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 30,1% artaraq 409,636 milyon manata çatıb.

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, hesabat dövründə sığorta bazarında toplanmış sığorta haqları da artım nümayiş etdirib. Belə ki, sığorta yığımları illik müqayisədə 13,3 milyon manat və ya 1,85% yüksələrək 732,633 milyon manat təşkil edib.

Aytac

Mənbə: anews.az

Xəbər lenti