Əli Əsədov TBMM sədri Numan Kurtulmuşla görüşüb
Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.Bu barədə Nazirlər Kabinetində məlumat verilib.
Görüşdə Bakının İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasına ev sahibliyi etməsinin mühüm hadisə olduğu bildirilib.
Tərəflər Azərbaycan və Türkiyə arasında qardaşlıq, müttəfiqlik və qarşılıqlı etimada əsaslanan münasibətlərin müxtəlif sahələrdə inkişaf etdiyini qeyd ediblər.
Görüşdə parlamentlərarası əməkdaşlığın ikitərəfli münasibətlərin mühüm tərkib hissəsi olduğu vurğulanıb, hər iki ölkənin qanunverici orqanları arasında sıx təmasların və qarşılıqlı səfərlərin əhəmiyyəti qeyd edilib.
Bundan başqa, Azərbaycan-Türkiyə strateji tərəfdaşlığının gələcəkdə daha da inkişaf etdirilməsi və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.
Mənbə: anews.az