Suriyada İŞİD liderlərindən biri öldürüldü - CENTCOM
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Suriyanın şimal-qərbində həyata keçirdiyi hava zərbəsi nəticəsində İŞİD-in yüksək rütbəli liderlərindən Əli Hüseyn əl-Üleyvinin öldürüldüyünü açıqlayıb.Bu barədə CENTCOM-un "X" sosial şəbəkə hesabında məlumat yayılıb.
İyunun 19-da həyata keçirilən dəqiq zərbə ABŞ-yə və onun maraqlarına qarşı hücumlar planlaşdıran silahlı qrupların fəaliyyətini pozmaq məqsədi daşıyıb.
Bəyanatda bildirilib ki, əməliyyat terrorçuların ABŞ vətəndaşlarına və ölkə ərazisinə qarşı potensial təhdidlərinin qarşısının alınmasına yönəlmiş davamlı kampaniyanın tərkib hissəsidir və CENTCOM bu istiqamətdə regional tərəfdaşlarla əməkdaşlığı davam etdirir.
"CENTCOM və tərəfdaşlarımız İŞİD-in qalıqlarını tamamilə məhv edərək təşkilatın yenidən güclənməsinin qarşısını almaq öhdəliyinə sadiqdir. Biz ABŞ-ni, hərbi qulluqçularımızı, müttəfiqlərimizi və regiondakı tərəfdaşlarımızı qorumağa davam edəcəyik", – CENTCOM-un komandanı admiral Bred Kuper bəyan edib.
Mənbə: anews.az