Image

Rubio: ABŞ-İran texniki danışıqları gələn həftə İsveçrədə bərpa olunacaq

ABŞ və İran nümayəndələri arasında texniki səviyyəli danışıqların gələn həftə yenidən keçirilməsi planlaşdırılır.Bu barədə ABŞ dövlət katibi Marko Rubio bildirib.

Görüşün iyunun 29-u və ya 30-da İsveçrədə baş tutacağı gözlənilir.Danışıqlarda ABŞ Dövlət Departamenti və Enerji Nazirliyinin nümayəndələri iştirak edəcək.

Rubio bildirib ki, İran danışıqlar çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir, əks halda ABŞ Prezidenti Donald Trump sanksiyalar da daxil olmaqla müxtəlif tədbirlərə əl ata bilər.

ABŞ dövlət katibi həmçinin vurğulayıb ki, Vaşinqton regiondakı müttəfiqlərinin təhlükəsizliyinə zərər verə biləcək heç bir razılaşmanı qəbul etməyəcək.

İran və ABŞ arasında İsveçrədə keçirilən texniki danışıqların ilk mərhələsi iyunun 21-də başa çatıb. Tərəflər 14 maddədən ibarət memorandumun icrası ilə bağlı texniki məsələləri və gələcək danışıqların mexanizmlərini müzakirə ediblər.

Mənbə: anews.az

Xəbər lenti