Image

Modi və Paşinyan Hindistan-Ermənistan əməkdaşlığının gücləndirilməsini müzakirə ediblər

Hindistanın Baş naziri Narendra Modi ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.Bu barədə Modi "X" sosial şəbəkə hesabında yazıb.

O, Paşinyanı və onun rəhbərlik etdiyi "Vətəndaş Müqaviləsi" partiyasını Ermənistanda keçirilən son parlament seçkilərində qazandığı qələbə münasibətilə təbrik edib, həmçinin İranda olan Hindistan vətəndaşlarının təxliyəsinə göstərdiyi dəstəyə görə Ermənistan tərəfinə təşəkkürünü ifadə edib.

Modinin sözlərinə görə, tərəflər ticarət, müdafiə, texnologiya və insanlararası əlaqələr də daxil olmaqla bir sıra sahələrdə ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsinə sadiq olduqlarını təsdiqləyiblər.

"Hindistan-Ermənistan münasibətlərini daha yüksək səviyyəyə qaldırmaq üçün sıx əməkdaşlığı səbirsizliklə gözləyirik", – Modi qeyd edib.

Mənbə: anews.az

Xəbər lenti