Image

Azərbaycanda sığorta bazarı son 5 ildə 17%-dən çox böyüyüb

Azərbaycanda sığorta bazarı son beş ildə davamlı inkişaf nümayiş etdirərək 17%-dən çox artım qeydə alıb.Bunu  Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru Abas Miskərli Azərbaycan Beynəlxalq Sığorta Forumu (AIIF 2026) çərçivəsində çıxış zamanı bildirib.

Onun sözlərinə görə, 2025-ci ildə ölkənin sığorta bazarı əvvəlki illə müqayisədə 11% genişlənib. Bazarın böyüməsi fonunda sığorta ödənişlərinin həcmi də artıb.

Qeyd olunub ki, nəticədə sığorta haqlarının ÜDM-də payı 2025-ci ildə 1,63%-ə yüksəlib.

Bildirilib ki, son altı ildə ölkə üzrə sığorta savadlılığının artırılması istiqamətində genişmiqyaslı maarifləndirmə kampaniyaları həyata keçirilir. Növbəti illər üçün əsas hədəflər sırasında sığorta nüfuzetmə səviyyəsinin hazırkı göstəricidən 3-4 dəfə artırılması, sığorta xidmətlərinə çıxışın sadələşdirilməsi və mövcud müdafiə boşluqlarının aradan qaldırılması yer alır.

Hazırda Azərbaycanda sığorta bazarında 16  iştirakçı fəaliyyət göstərir

Aytac

Mənbə: anews.az

Xəbər lenti

Azərbaycan nefti ucuzlaşıb