Image

Ötən ay nağdsız ödənişlərin həcmi 8,7 milyard manat olub

2026-ci ilin mayında kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 8 milyard 680 milyon manat təşkil edib. Bu da ilin əvvəlindən ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 14% artıb.

Bu barədə Azərbaycan Mərkəzi bankı məlumat yayıb.

Ötən ay həyata keçirilən nağdsız ödənişlərin 7 milyard 620 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1 milyard 58 milyon manatı POS-terminallar, 2 milyon manatı isə özünə xidmət terminalları və bankomatlar vasitəsilə gerçəkləşdirilib.

Ölkədə ötən ilin mayı  ilə müqayisədə bankomatların sayı 5.1%, POS-terminalların sayı 19.3% artıb.

Aytac

Mənbə: anews.az

Xəbər lenti

Azərbaycan nefti ucuzlaşıb