Image

Moldova səfiri Rusiya XİN-ə çağırılıb

Moldova səfiri Lilian Dariy bu gün Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.Bu barədə Rusiya mediası XİN-ə istinadən məlumat yayıb.

Bildirilib ki, Rusiya diplomatik kuryerlərinin saxlanılmasına görə ona qəti etiraz bildirilib.

"Rusiya XİN-ə çağırılan Moldova səfirinə Kişineu tərəfindən diplomatik kuryerlərin fəaliyyətinə dair Vyana Konvensiyasının 27-ci maddəsinin kobud şəkildə pozulduğu bildirilib", - Rusiya XİN-dən qeyd olunub.

Mənbə: anews.az

Xəbər lenti

Sabahın hava proqnozu

Azərbaycan nefti bahalaşıb