Image

Azərbaycandan Ermənistana neft məhsulları daşıyan növbəti qatar yola salınıb

İyunun 26-da Azərbaycandan Ermənistana 971 ton "Aİ-92" markalı avtomobil benzini və 467 ton dizel yanacağı daşıyan qatar "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından yola salınıb.

Anews.az -ın məlumatına görə, 18 vaqon benzin və 8 vaqon dizel yanacağı Böyük Kəsik stansiyası istiqamətində hərəkətə başlayıb. Yük Gürcüstan ərazisindən tranzit keçməklə Ermənistana çatdırılacaq.

İndiyədək Azərbaycandan Ermənistana 14 min tondan çox dizel yanacağı, 4 min tondan çox "Aİ-92" və "Aİ-95" markalı avtomobil benzini ixrac edilib.

Mənbə: anews.az

Xəbər lenti

Sabahın hava proqnozu

Faktiki hava açıqlanıb

Azərbaycan nefti bahalaşıb