Image

Rusiya Ermənistandan bütün balıq məhsullarının idxalını dayandırıb

Rusiya Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor") daha iki Ermənistan müəssisəsinin balıq məhsullarının sertifikatlaşdırılmasını müvəqqəti dayandırıb və bununla da Ermənistandan Rusiyaya balıq məhsullarının tədarükü tamamilə dayandırılıb.Bu barədə TASS-a Rusiya nəzarət qurumundan məlumat verilib.

Qərar əvvəllər aşkar edilmiş pozuntularla bağlı təqdim olunan materialların təhlilindən sonra qəbul edilib.

Qurum xatırladıb ki, daha əvvəl sistem xarakterli pozuntular səbəbindən Ermənistan tərəfinə, iki müəssisə istisna olmaqla, bütün istehsalçıların balıq məhsullarının sertifikatlaşdırılmasının dayandırılması ilə bağlı müraciət etmişdi. Həmin iki müəssisəyə isə gücləndirilmiş laboratoriya nəzarəti tətbiq olunmuşdu.

"Rosselxoznadzor" bildirib ki, müəyyən edilmiş pozuntular aradan qaldırılana və tələb olunan sənədlər təqdim edilənədək qalan iki müəssisəyə də məhdudiyyətlərin şamil edilməsi qərara alınıb.

Mənbə: anews.az

Xəbər lenti

Sabahın hava proqnozu

Faktiki hava açıqlanıb

Azərbaycan nefti bahalaşıb