İran ABŞ hərbi obyektlərinə cavab zərbələri endirib
İran ABŞ-ın son hava zərbələrinə cavab olaraq bölgədəki ABŞ hərbi obyektlərinə zərbələr endirdiyini açıqlayıb.Bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) bəyanat yayıb.
Bəyanatda deyilir ki, İİKK-nin dəniz qüvvələri "təcavüzə cavab olaraq ABŞ ordusunun bölgədəki yerləşmə məntəqələrini hədəfə alıb".
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) cümə günü Hörmüz boğazında ticarət gəmisinə edilən hücuma cavab olaraq İranın raket, pilotsuz uçuş aparatları və radar obyektlərinə zərbələr endirdiyini açıqlayıb.
ABŞ vitse-prezidenti Cey Di Vens isə Vaşinqtonun İranla anlaşma memorandumu ətrafında fikir ayrılıqlarını müzakirə etməyə hazır olduğunu, lakin yeni zorakılıq aktlarına sərt cavab verəcəyini bildirib.
Mənbə: anews.az