Image

Əfqanıstanda 6,1 maqnitudalı zəlzələ baş verib

Əfqanıstanın Hinduquş dağlarında 6,1 maqnitudalı zəlzələ baş verib.Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, təbii fəlakətin episentri əhalisi təxminən 161 min nəfər olan Qunduz şəhərindən 174 km şərqdə yerləşib. Ocaq 201 km dərinlikdə olub.

Xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur.

Mənbə: anews.az

Xəbər lenti

Sabahın hava proqnozu

Faktiki hava açıqlanıb

Azərbaycan nefti ucuzlaşıb