Image

Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 1719 nəfərə çatıb

Venesuelada baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 1 719 nəfərə, yaralananların sayı isə 5 034 nəfərə çatıb. Bu barədə ölkə parlamentinin sədri Xorxe Rodriqes jurnalistlərə bildirib.

Bundan əvvəl ölənlərin sayının 1 430 nəfər olduğu açıqlanmışdı.

İyunun 25-nə keçən gecə Venesuelanın şimalında 7,1 maqnitudalı zəlzələ baş verib. ABŞ Geologiya Xidmətinin məlumatına görə, daha sonra 40 saniyə fərqlə 7,2 və 7,5 maqnitudalı daha iki yeraltı təkan qeydə alınıb. Hakimiyyət ölkədə fövqəladə vəziyyət elan edib.

Mənbə: anews.az

Xəbər lenti

ADY yay qrafikinə keçir