Image

Xameneinin müavini yol qəzasında həlak olub

İranın ali lideri Əli Xameneinin İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin siyasi məsələlər üzrə müavini Məhəmməd Əkbərzadə yol-nəqliyyat hadisəsi nəticəsində həlak olub.Bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə Kirman əyalətində Əkbərzadənin olduğu avtomobilin aşması nəticəsində baş verib.

Bildirilir ki, o, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Mənbə: anews.az

Xəbər lenti

ADY yay qrafikinə keçir