Azərbaycan nəqliyyat infrastrukturuna böyük investisiyalar yatırır - Əliyev
Azərbaycan həm ölkə daxilində, həm də qonşu dövlətlərdə nəqliyyat infrastruktur layihələrinə əhəmiyyətli vəsait yatırıb və bu iş davam etdirilir.Bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Avropa Komissiyasının sədri Ursula fon der Lyayenlə mətbuat üçün birgə bəyanatla çıxış edərkən bildirib.
Onun sözlərinə görə, Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin əsas iştirakçılarından biridir və qonşu ölkələrlə əməkdaşlıq yükdaşımaların bütün istiqamətlər üzrə artmasına şərait yaradıb.
Prezident bildirib ki, dəyişən geosiyasi şərait dəniz ticarət limanlarının və dəmir yolu infrastrukturunun ötürücülük qabiliyyətinin genişləndirilməsini zəruri edib.
"Bütün işlər öz maliyyə resurslarımız hesabına və müəyyən edilmiş qrafikə uyğun həyata keçirilir", – Əliyev deyib.
Mənbə: anews.az