Belarus vətəndaşlarına Rusiyanın sərhədyanı vilayətlərinə səfər etməməyi tövsiyə edib
Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç ölkə vətəndaşlarını Ukrayna ilə həmsərhəd olan Rusiya vilayətlərinə səfərlərdən çəkinməyə çağırıb. O, bu çağırışı Bryansk vilayətində Belarus sərnişin avtobusu yaxınlığında baş vermiş pilotsuz uçuş aparatı insidentini şərh edərkən səsləndirib.
Volfoviç bildirib ki, Belarus rəhbərliyi vətəndaşlara Rusiyaya, xüsusilə də sərhədyanı bölgələrə səfər etməmək barədə dəfələrlə xəbərdarlıq edib.
“Orada hər gün pilotsuz uçuş aparatları düşür, xoşagəlməz hadisələr baş verir. Sərhədləri bağlamamışıq. Getmək və ya getməmək hər kəsin şəxsi qərarıdır”, – o deyib.
Onun sözlərinə görə, mövcud şəraitdə həmin bölgələrdə təhlükəsizliyə heç kim tam zəmanət verə bilməz.
Mənbə: anews.az