3 gündür su axır, problem həll olunmur - video
Bakıda metronun “Memar Əcəmi” stansiyasının 4-cü mikrorayon istiqamətindəki çıxışı yaxınlığında su borusu partlayıb.
Anews.az-ın əldə etdiyi məlumata görə, hadisədən artıq üç gün keçməsinə baxmayaraq, ərazidə problem aradan qaldırılmayıb. Borudan axan su ətrafdakı yaşayış binalarının və ərazinin su basmasına səbəb olub.
Hadisə ilə bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə (ADSEA) sorğu göndərilib.
Gülnar Nazimqızı
Mənbə: anews.az