Image

Yol qəzalarının 43,9%-i piyadaların iştirakı ilə baş verib

 

2026-cı ilin yanvar-iyununda Azərbaycanda 533 yol-nəqliyyat hadisəsi qeydə alınıb,bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,6 faiz azdır. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. 

Hadisələr nəticəsində 689 nəfər zərər çəkib. Onlardan 285 nəfər ölüb, 404 nəfər yaralanıb. Zərərçəkənlərin ümumi sayı illik müqayisədə 15,1 faiz azalıb.

Yol-nəqliyyat hadisələrinin 44,3 faizi gecə, 38,6 faizi gündüz, 17,1 faizi isə toran vaxtı baş verib. Qəzaların 34,3 faizi şənbə və bazar günlərinə təsadüf edib.

Hadisələrin 83,7 faizi yaşayış məntəqələrində qeydə alınıb. Bu qəzalarda 201 nəfər ölüb, 379 nəfər yaralanıb. Ölənlərin sayı 9,9 faiz, yaralananların sayı isə 19,7 faiz azalıb.

Qəzaların 43,9 faizi nəqliyyat vasitələri ilə piyadaların, 36 faizi iki və daha çox nəqliyyat vasitəsinin, 20,1 faizi isə bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib.

Həlak olanların 78,9 faizini, yaralananların isə 72,3 faizini kişilər təşkil edib.

Gülnar Nazimqızı 

Mənbə: anews.az

Xəbər lenti