Azərbaycan XİN Mərkəzi Afrika Respublikasına başsağlığı verib
Azərbaycan Xarici İşlər Nazirliyi Mərkəzi Afrika Respublikasında qızıl mədəninin çökməsi nəticəsində insanların həlak olması ilə bağlı ölkəyə başsağlığı verib.
XİN-in “X” hesabında yayılan açıqlamada hadisənin çoxsaylı insanın həyatını itirməsinə və xəsarət almasına səbəb olduğu bildirilib.
“Hadisə nəticəsində həlak olanların ailələrinə, eləcə də Mərkəzi Afrika Respublikasının xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk. Xəsarət alanların tezliklə və tam sağalmasını arzulayırıq”, - açıqlamada deyilir.
Qeyd edək ki, Kamerun və Mərkəzi Afrika Respublikasının sərhədində qızıl mədəninin çökməsi nəticəsində 100-ə yaxın insanın öldüyü bildirilir.
Mənbə: anews.az