Image

Bakından sonra ən çox məhsul Zəngilanda satılıb

Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 2026-cı ilin yanvar-iyununda ötən ilin eyni dövrü ilə müqayisədə 3,7% artaraq 32,39 milyard manata çatıb. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. 

Pərakəndə ticarət dövriyyəsinin 19,13 milyard manatı və ya təxminən 59%-i Bakının payına düşüb. Paytaxtda dövriyyə illik müqayisədə 4,4% artıb.

İqtisadi rayonlar arasında ən yüksək artım Şərqi Zəngəzurda qeydə alınıb. Burada pərakəndə ticarət dövriyyəsi 9,8% artaraq 153,2 milyon manat olub.

Şərqi Zəngəzurda ən yüksək artım Zəngilanda qeydə alınıb - 32,1%. Cəbrayılda artım 27,3%, Kəlbəcərdə 23,4%, Qubadlıda və Laçında isə 5,6% təşkil edib.

Qarabağ iqtisadi rayonunda pərakəndə ticarət dövriyyəsi 4,2% artaraq 882,4 milyon manata çatıb.

Ağdərədə dövriyyə təxminən 3,8 dəfə, Xocalıda 65,6%, Xankəndidə 33,8%, Xocavənddə 18,9%, Şuşada 19,2%, Füzulidə isə 7% artıb.

Abşeron-Xızı iqtisadi rayonunda dövriyyə 8% artaraq 1,97 milyard manat, Lənkəran-Astarada 6% artaraq 1,38 milyard manat, Gəncə-Daşkəsəndə isə 0,5% artaraq 1,30 milyard manat olub.

Mərkəzi Aran və Şirvan-Salyan iqtisadi rayonlarında pərakəndə ticarət dövriyyəsi 0,4% azalıb. Dövriyyə Mərkəzi Aranda 1,42 milyard manat, Şirvan-Salyanda isə 985,6 milyon manat təşkil edib.

Quba-Xaçmazda dövriyyə 0,4%, Qazax-Tovuzda 1,1%, Mil-Muğanda 0,5% artıb. Şəki-Zaqatala iqtisadi rayonunda isə göstərici dəyişməyərək 965,4 milyon manat səviyyəsində qalıb.

Gülnar Nazimqızı 

Mənbə: anews.az

Xəbər lenti