Image

ABŞ-nin dövlət borcu tarixdə ilk dəfə 40 trilyon dolları keçib

ABŞ-nin ümumi dövlət borcu tarixdə ilk dəfə 40 trilyon ABŞ dolları həddini aşaraq 2017-ci illə müqayisədə iki dəfə artıb. Bu barədə "Vesti.az" beynəlxalq mediaya istinadən xəbər verir.

Məlumata görə, borcun 32,26 trilyon dollardan çox hissəsi əhali və təşkilatlar qarşısındakı dövlət borc öhdəliklərinin, 7,78 trilyon dollardan çoxu isə hökumətdaxili borclanmanın payına düşür.

Qanunla müəyyən edilmiş borc tavanı 41,1 trilyon dollar təşkil etdiyi halda, hazırkı borc yükü ölkənin hər bir sakininə təxminən 116,5 min dollar səviyyəsində hesablanır.

Mənbə: anews.az

Xəbər lenti