Image

Qanunsuz işdən çıxarılan 63 nəfər işinə qaytarılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə daxil olan müraciətlərin araşdırılması zamanı yanvar-iyul aylarında 63 işçinin əmək müqaviləsinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyi müəyyən olunub və görülən tədbirlər nəticəsində onlar əvvəlki iş yerlərinə bərpa ediliblər. Bu barədə qurumdan bildirilib. Xidmət hesabat dövründə həmçinin işəgötürənlər tərəfindən işçilərə 456 049 manat məbləğində sosial xarakterli ödənişin gecikdirildiyini aşkarlayıb. Həyata keçirilən tədbirlərlə vəsaitin tam ödənilməsi təmin olunub. Gecikdirilən ödənişlərin 91%-ni əməkhaqqı, 9%-ni isə zərərə görə ödənc, müavinət və kompensasiyalar təşkil edib.

 

Mənbə: anews.az

Xəbər lenti