3 gündür su axır, problem həll olunmur - video/Yenilənib
(Yazıya qara hərflərlə Dövlət Su Ehtiyatları Agentliyinin mövqeyi əlavə olunub)
Bakıda metronun “Memar Əcəmi” stansiyasının 4-cü mikrorayon istiqamətindəki çıxışı yaxınlığında su borusu partlayıb.
Anews.az-ın əldə etdiyi məlumata görə, hadisədən artıq üç gün keçməsinə baxmayaraq, ərazidə problem aradan qaldırılmayıb. Borudan axan su ətrafdakı yaşayış binalarının və ərazinin su basmasına səbəb olub.
Hadisə ilə bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə (ADSEA) sorğu göndərilib.
****
Məsələ ilə bağlı Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib ki, baş verən qəza sabah günün birinci yarısına qədər tam aradan qaldırılacaq.
"Qeyd olunan əraziiyə baxış keçirilib. İçməli su xəttində qəza baş verib. İşlərin intensivliyini və qəzanın bir qədər dərində yerləşdiyini nəzərə alaraq sabah günün birinci yarısı problem tamamilə aradan qaldırılacaq", - məlumatda deyilir.
Gülnar Nazimqızı
Mənbə: anews.az