Image

Müdafiə Nazirliyinin sabiq rəisi Rasim Həsənova 15 min manat cərimə verilib - Yenilənib

Baş Prokurorluq məhkəmə zalından azadlığa buraxılan Rasim Həsənovun hökmündən apellyasiya protesti verəcək. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış ibtidai istintaqın nəticələrinə əsasən o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2, 311.3.3, 313 və 341.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək cinayət işi baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

Məhkəmədə dövlət ittihamını müdafiə edən prokuror çıxış zamanı Rasim Həsənovun 3 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 10 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə Həsənov Rasim Əlövsət oğlunun əməlləri CM-in 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə tövsif edilərək 7.000 manat məbləğində cərimə cəzası təyin edilib, onun həbsdə olduğu müddət nəzərə alınmaqla cərimənin məbləği 5.000 manata edirilib.

Hökm dövlət ittihamçısına təqdim edildikdən sonra apellyasiya protestinin verilməsi məsələsi həll ediləcək.

13:40

Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının sabiq rəisi Rasim Həsənovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb və ona 15 min manat cərimə cəzası verilib. Bu barədə APA məlumat yayıb.

Hökm Bakı Hərbi Məhkəməsində elan olunub.

Hakim Anar Rzayevin sədrliyi ilə keçirilən prosesdə Həsənova verilmiş ittihamların hüquqi tövsifi dəyişdirilib və əməli Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi (külli miqdarda ziyan vurmaqla dələduzluq) ilə tövsif olunub.

Məhkəmənin hökmü ilə Rasim Həsənov 15 min manat cərimələnib və məhkəmə zalından azadlığa buraxılıb.

İbtidai istintaqın məlumatına görə, Həsənov 2021-2025-ci illərdə vəzifədə işləyərkən hərbi qulluqçuların şəhadətləndirilərək tərxis olunmalarına kömək göstərmək müqabilində ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət kimi təkrarən almaqda və vəzifə saxtakarlığında şübhəli bilinib.

İstintaq zamanı ona Cinayət Məcəlləsinin 311.3.2, 311.3.3 (təkrarən və külli miqdarda rüşvət alma), 313 (vəzifə saxtakarlığı) və 341.2.3-cü (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan olunub və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Mənbə: anews.az

Xəbər lenti