Image

Bakıda uşaq klinikasında natəmizlik iddiası - sanitar qovşaq bu vəziyyətdədir- FOTOLAR

 

6 saylı Uşaq Kliniki Xəstəxanasında antisanitar vəziyyətin müşahidə edildiyini göstərən görüntülər sosial şəbəkələrdə yayılıb. Bu barədə jurnalist Ramilə Qurbanlı paylaşım edib. 

 Qurbanlı xəstəxananın sanitar qovşağının, otaqlarının və dəhlizlərinin vəziyyətindən narazılığını bildirib.

O, sosial şəbəkə hesabında paylaşdığı görüntülərdə sanitar qovşağın baxımsız və natəmiz olduğunu qeyd edib.

Jurnalist xəstəxananın rəhbərliyini və TƏBİB-i vəziyyətə münasibət bildirməyə çağırıb.

Paylaşımda xəstəxananın yalnız sanitar qovşaqlarında deyil, otaq və dəhlizlərində də oxşar vəziyyətin müşahidə edildiyi bildirilib.

Məsələ ilə bağlı TƏBİB-ə sorğu göndərilib. 

Mənbə: anews.az

Xəbər lenti