Image

Azərbaycanda turistlər üçün gündəlik və aylıq dəmir yolu biletləri tətbiq ediləcək

 

Azərbaycanda turistlər üçün gündəlik, həftəlik və aylıq dəmir yolu bileti paketlərinin, həmçinin ayrı-ayrı turizm destinasiyaları üzrə güzəştli bilet təkliflərinin yaradılması nəzərdə tutulur. Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramında əksini tapıb.

Proqrama əsasən, dəmir yolu biletlərinin satışının Qlobal Paylama Sisteminə (GDS) inteqrasiyası da planlaşdırılır.

Sənəddə Naxçıvana turist səfərlərinin təşkili ilə bağlı bir sıra tədbirlər də nəzərdə tutulub. Belə ki, Bakı–Naxçıvan–Bakı istiqamətində qeyri-müntəzəm (çarter) uçuşların həyata keçirilməsi şərtlərinin müəyyənləşdirilməsi planlaşdırılır.

Bundan başqa, turoperatorlara turizm zərfinin satılması şərtilə Bakı–Naxçıvan–Bakı reysi üzrə biletlərin sifarişini təmin edən satış modelinin hazırlanması nəzərdə tutulur.

Mənbə: anews.az

Xəbər lenti