Rusiya buğdası yenidən Azərbaycan üzərindən Ermənistana daşındı — Tranzit statistikası
Rusiya Federasiyasından Ermənistana Azərbaycan ərazisindən keçməklə növbəti buğda partiyasının tranzit daşınması həyata keçirilib. Bu barədə ADY xəbər verir.
Məlumata görə, ümumi çəkisi 2 725 ton təşkil edən 39 vaqondan ibarət yük qatarı Biləcəri stansiyasından Böyük Kəsik istiqamətində yola düşüb.
Bununla da Azərbaycan üzərindən Rusiyadan Ermənistana daşınan tranzit yüklərin həcmi artıb. İndiyədək bu marşrutla 44 min tondan çox taxıl, təxminən 9 min ton gübrə, 1 136 ton propan, 133 ton alüminium, 1 114 ton kömür və 67 ton oduncaq nəql olunub. Bundan əlavə, Azərbaycan tərəfindən Ermənistana təqribən 15 min ton dizel yanacağı və 5 min tona yaxın "Aİ-92" və "Aİ-95" markalı benzin ixrac edilib.
N.Təbrizli
Mənbə: anews.az