Image

Kolumbiyada zəlzələ nəticəsində ölənlərin sayı 329-a çatıb

Kolumbiyada baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 329-a çatıb, 247 nəfər itkin düşüb.Bu barədə Təbii Fəlakət Risklərinin İdarəedilməsi Xidməti (UNGRD) "X" sosial şəbəkəsində məlumat yayıb.

Məlumata görə, zəlzələ nəticəsində 4 600 nəfər yaralanıb, 364 nəfər xilas edilib.

Bundan başqa, xilasedicilər 1 200-dən çox heyvanı xilas ediblər.

Hökumətin son qiymətləndirməsinə əsasən, zəlzələ nəticəsində 31 mindən çox yaşayış evi tamamilə dağılıb.

Mənbə: anews.az

Xəbər lenti

İndoneziyada zəlzələ olub