Image

Rusiya Kiyevdə dəmir yoluna ballistik zərbə endirib

Rusiya qoşunlarının Kiyevin Darnitsa rayonundakı dəmir yolu müəssisəsinə endirdiyi ballistik zərbə nəticəsində bir əməkdaş həlak olub.Bunu "Ukrzaliznitsya" SC-nin İdarə Heyətinin sədri Aleksandr Pertsovski "Facebook" səhifəsində bildirib.

Onun sözlərinə görə, zərbə Darnitsa rayonundakı dəmir yolu müəssisələrindən birinə endirilib.

"Bir əməkdaş – briqadir hadisə yerində həlak olub, digər işçiləri ilk zərbədən sonra operativ şəkildə təxliyə etmək mümkün olub", - Pertsovski qeyd edib.

O, həmçinin Odessa dəmir yoluna zərbə endirildiyini bildirib. Məlumata görə, Odessa vilayətinin Razdelnaya stansiyasında dəmir yolu vağzalı zədələnib.

Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fyodorov isə bildirib ki, Rusiya qoşunları son sutka ərzində Zaporojye vilayətinin 42 yaşayış məntəqəsinə 539 zərbə endirib.

Onun sözlərinə görə, hücumlar nəticəsində üç nəfər həlak olub, 19 nəfər, o cümlədən iki uşaq yaralanıb.

"Yaşayış evlərinin, avtomobillərin və infrastruktur obyektlərinin zədələnməsi ilə bağlı 71 məlumat daxil olub", - Fyodorov bildirib.

Mənbə: anews.az

Xəbər lenti

Faktiki hava açıqlanıb

İndoneziyada zəlzələ olub