Almaniya XİN başçısı Kiyevdə səfərdədir
Almaniyanın xarici işlər naziri Yohann Vadeful Ukraynanın müstəqilliyinin 35-ci ildönümü ərəfəsində Kiyevə səfər edib.Bu barədə Vadeful "X" sosial şəbəkəsində paylaşım edib.
O bildirib ki, səfər zamanı Ukraynanın qarşıdakı qışa hazırlığı və ölkəyə gələcək dəstəyin göstərilməsi əsas müzakirə mövzuları olacaq.
Almaniya Xarici İşlər Nazirliyinin məlumatına görə, gündəlikdə Ukraynaya yardım və iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlıq məsələləri də yer alıb.
Mənbə: anews.az