Image

M6 nömrəli ekspres marşrutunun hərəkət sxemində dəyişiklik edilir

Bakıda M6 nömrəli ekspres marşrutun hərəkət sxemində dəyişiklik ediləcək.Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Avqustun 24-dən M6 nömrəli ekspres avtobuslar metronun "Nizami" stansiyasından keçərək burada aralıq dayanacaq edəcək.

Məlumata görə, dəyişiklik vətəndaş müraciətləri və aparılan təhlillər nəzərə alınmaqla sərnişin tələbatının qarşılanması məqsədilə həyata keçirilir.

Marşrutun xətti uzadılaraq son dayanacağı "Koroğlu" metrostansiyası müəyyən ediləcək.

Beləliklə, M6 nömrəli ekspres marşrut "Koroğlu", "Gənclik", "Nizami" və "Elmlər Akademiyası" metrostansiyalarını əlaqələndirəcək.

Mənbə: anews.az

Xəbər lenti

Sabah 40 dərəcə isti olacaq

Faktiki hava açıqlanıb

İndoneziyada zəlzələ olub