Image

DOST Agentliyində yeni təyinat

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən DOST Agentliyində yeni təyinat olub.

Elxan Elman oğlu Mütəllimov Agentliyin Satınalmalar və təminat departamentinin müdiri təyin edilib.

Mütəllimov Azərbaycan Memarlıq və İnşaat Universitetində menecment ixtisası üzrə bakalavr, Azərbaycan Kooperasiya Universitetində isə maliyyə bazarları ixtisası üzrə magistr təhsili alıb.

O, əmək fəaliyyətinə 2015-ci ildə bank sektorunda başlayıb. Mütəllimov 2018–2022-ci illərdə özəl sektorda, 2022–2023-cü illərdə DOST Agentliyində, 2023–2026-cı illərdə isə Sosial Xidmətlər Agentliyində çalışıb.

Mənbə: anews.az

Xəbər lenti