Tramp Hörmüz boğazının minalardan tamamilə təmizləndiyini bildirib
ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının minalardan təmizləndiyini bəyan edib.
Tramp bu barədə "Truth Social" platformasında yazıb. Onun sözlərinə görə, ABŞ Hərbi Dəniz Qüvvələri boğazın beynəlxalq sularının minalardan təmizləndiyi barədə ona məlumat verib.
"İran xəbərdar edilib ki, yeni minalar yerləşdirən istənilən gəmi və ya qayıq dərhal və sistematik şəkildə məhv ediləcək", - Tramp yazıb.
O, həmçinin ABŞ-ın Kosmik Qüvvələrinin Hörmüz boğazının bütün ərazisini müşahidə etdiyini və minaların yerləşdirilməsinə qarşı "sıfır tolerantlıq" siyasətinin qüvvədə olduğunu bildirib.
Trampın sözlərinə görə, Kosmik Qüvvələri daha əvvəl məhv edilmiş "Pikeks-Mauntin" və digər üç nüvə obyektinə də nəzarət edir.
Bundan əvvəl İranın "Tasnim" agentliyi Tehran tərəfinin Hörmüz boğazı ilə bağlı şərtlərini vasitəçi qismində çıxış edən Pakistana təqdim etdiyini bildirib. Məlumata görə, şərtlərdən biri boğaz üzərində nəzarətin İranın əlində qalmasıdır.
Mənbə: anews.az